• |

HAZIR CV GÖNDƏRMƏKLƏ və ya SAYTIMIZDA ƏRİZƏ FORMASINI DOLDURMAQLA PEŞƏKAR KOLLEKTİVİMİZİN ÜZVÜ OLA BİLƏRSİNİZ.
İşə qəbul prosesi aşağıda qeyd olunub:

• CV  YOXLANILMASI VƏ MÜSABİQƏ
Hər bir onlayn müraciət  insan resursları departamenti tərəfindən qısa müddət ərzində nəzərdən keçirilir, uyğun namizədlərlə əlaqə saxlanılır.

Müsabiqə  prosesi 2-3 mərhələli müsahibələrdən ibarət olmaqla həyata keçirilir. Müsahibələrin tarixi namizədlərlə əlaqə saxlanıldıqdan sonra müvafiq olaraq təyin edilir və bu barədə məlumat namizədlərə telefon və ya e-mail  vasitəsilə bildirilir.


İlk müsahibə, İR nümayəndələri ilə təyin edilir və bu mərhələdə əsas məqsəd sizin təhsiliniz və iş təcrübəniz haqqında ətraflı məlumat toplamaq və sizi daha yaxından tanımaqdır. Siz həmçinin, “AQS GROUP” haqqında sizi maraqlandıran sualları ünvanlamaq, müraciət etdiyiniz vəzifə, eləcə də, şirkətin sizə təqdim etdiyi fayda və mənfəətlər barədə ətraflı məlumat əldə etmək və s. Kimi imkanlar əldə edəcəksiniz.

İkinci müsahibə, müraciət etdiyiniz vəzifənin müvafiq departament rəhbəri, nümayəndələrindən biri və ya bir neçəsinin iştirakı ilə baş tutacaqdır. Bu mərhələdə əsas hədəf sizin iş təcrübəniz və münasib sahə üzrə biliklərinizi aşkara çıxarmaqdır. Bu zaman, zərurət halında, praktik tapşırıq və ya test mərhələsi də təşkil olunur.
Sonuncu mərhələdə isə müsahibə şirkətin əməliyyatlar üzrə direktor müavini və ya şirkətin direktoru ilə tanışlıq mərhələsidir. Həmin mərhələdə yekun seçim edilərək namizədlərdən birinin müraciət etdiyi vəzifəyə təyin edilməsi barədə qərar qəbul edilir.



QƏBUL
Seçilmiş namizədlər seçim mərhələlərinin yekun nəticələri haqqında e-mail və ya telefon vasitəsi ilə məlumatlandırılır və mühüm məlumatların (işə başlama tarixi, əmək haqqı və şirkət tərəfindən təqdim olunan mənfəət və faydalar) təsvir olunduğu təklif məktubu ilə tanış olurlar.

AQS GROUP  hər zaman istedadlı və bacarıqlı mütəxəssislər axtarışındadır. CV-lərinizi şirkətimizin web-səhifəsinə yükləməklə öz bilik və bacarıqlarınıza uyğun gələcək iş imkanları haqqında məlumat ala bilərsiniz. Bütün ərizə və CV-lər  
hr@aqsgroup.az  ünvanına yönləndirilməlidir.

XOŞBƏXT XƏSTƏLƏR

32000

XOŞBƏXT XƏSTƏLƏR
XİDMƏTİNİZDƏYİK

XİDMƏTİNİZDƏYİK