Uşaq Stomatologiyası

Uşaq stomotologiyası

Bütün uşaqların dişlərinin müalicəsini uşaq stomatoloqu aparır. Mütəmadi olaraq 6 aydan bir uşaqlarda dişlərin müayinə olunması onların ağız boşluğunun və dişlərinin vəziyətinin qənaətbəxş olunmasına səbəb olur. Uşağın fiziki və emosional inkişafında erkən diaqnoz və müalicənin rolu əvəzolunmazdır.

Uşaq stomatologiyası 0-14 yaş arasında olan uşaqların daimi və ya süd dişlərinin qorunmasına və müalicə olunmasına xidmət edir.

Uşaqların stomatoloji müayinəsi uşaqların valideyinlərlə birgə şikayətinə əsasən başlayır. Sonra anamnez əsasında xəstəlik tarixi açılır. Bu isə öz növbəsində kliniki və regionoloji müayinələrlə tamamlanır. Bunlar bitdikdən sonra uşaq və valideyin diaqnoz və müalicə planı ilə tanış olur. Uşaq stomatoloqları süd və daimi dişlərin karies və paradontdan qorumaq üçün müxtəlif materiallardan istifadə edirlər.

Ağız boşluğunun gigeyenasına dişlərin təmizlənməsi, fissurların germetik örtülməsi və dişlərin florla işlənməsi aiddir.