Paradontologiya

Parodontologiya - dişin dayaq aparatı olan parodont toxumasının xəstəliklərini və profilaktikasını öyrənən stomotologiyanın bir bölməsidir.

Parodont - diş əti, periodont, alveol sümüyü, kök sementı, dişi əhatə edən toxumalar qrupudur. Statistikaya görə dunya əhalisinin 90% - 95% -zi parodont toxumasının xəstəliklərindən əziyyət çəkir. Bu xəstəliyin daha tez-tez rasta gəlinən formaları qinqivit, parodontit və parodontozdur.

Qinqivit - diş ətinin yüngül iltihabı xəstəliyidir. Klinik gedişatına görə 3 forması var. Kataral qinqivit zamanı diş ətı qanaması, agızdan xoşa gəlməz qoxu, şişkinləşmiş və qızarmış diş əti müşahidə olunur.

 

Hipertrofik qinqivitdə diş əti şışkınləşir, hipertofiyalaşır, bəzən diş tacının yarı hissəsini tutur.

Xoralı qinqivit daha ağır formadır. Diş ətinin xoralaşması və nekrozlaşması ilə müşaət olunur.