Endodontiya

Endodontiya - kök kanallarının müalicəsini öyrənən stomatologiyanın bir sahəsidir.

Dişlərin anatomiyası

Dişın ağız boşluğunda görünən hissəsi diş tacı, çənə sümüyü daxilində olan hissəsi isə kök adlanır. Diş bir neçə qatdan ibarətdir. Dişın xarici qati mina adlanir. Bu insan orqanizminin ən sərt toxumalarından biridir. Dişin kökünü ortən qat isə sement adlanır. Dentin qati isə minanın altında yerləşir. Bu qat diş toxumaları içərisində çoxluq təşkil edir. Minadan fərqli olaraq dentində sinir ucluqları var. Onlar agrı mexanizmində iştirak edirlər. Dentin altında isə pulpa qatı yerləşir. Pulpa sinir və damarlardan ibarətdir, dişin çıxmasında və inkişafında böyük rol oynayır.