Diş Bəyazlatma

Diş bəyazlatma

Gözəl təbbəssüm həmişə diqqəti cəlb edir. İnsanın zahiri görünüşündə bunun xüsusi rolu var. Estetik görünüşun əsası diş toxumalarının optik xüsüsiyyətləridir. Dişlərin rəngi, parıltısı, rəngin intensivliyi insan təbəssümünün gözəlliyinin əsasıdır. Flüoroz, minanın hipoplaziyası, pazabənzər qüsur və digər xəstəliklərdə dişlərin estetik görünüşü pozula bilər. Digər səbəblər isə, müxtəlif sistem xəstəlikləri, zərərli iş şəraiti, bəzi dərmanlarin nəzarətsiz qəbulu da ola bilər.

Dişlərin ağardılmasının tarixi 150 ilə yaxındır. 1850-ci ildə dişlərin turşu vasitəsi ilə bəyazlanması haqqında məlumatlar mövcuddur. Kalsium hipoxlorid vasitəsi ilə diş ağardilması metodikası 1877-ci ildə dərc edilmişdir. 1884-cü ildə isə ağardıcı vasitə kimi hidrogen peroksidi təklif edilmişdir. 1918-ci ildə ilk dəfə diş ağardılması üçün hidrogen peroksidinin intensiv işıq vasitəsi ilə aktivləşdirilməsi metodikası təklif edilmişdir. XX əsrin yetmişinci illərində bu metodikadan geniş istifadə olunmağa başlanıldı.