İmplantologiya

Dişlərin implantasiyası stomatologiyanın sahəsi olaraq, bilavasitə ortopediya ilə əlaqəli inkişaf edib. Amma indiki dövrdə, sərbəst istiqamətə yönəlib. Dişlərin müasir implantasiyası böyük təcrübə toplayıb və çoxlu metodlar, materiallar, müxtəlif növlü konstruksiyalar əldə edib.

Buna - sevinməmək olmaz – axı indi pasiyentlər onların vəziyyətinin nə dərədcədə çətin olmasından asılı olmayaraq, köməyə ümüd edə bilərlər. Artıq 30 ildən çox klinik tarixi olan dişlərin implantasiyası mütəxəssislər tərəfindən geniş tətbiq edilir və daima təkmilləşir. Üzərinə qapaq və ya protez qoymaq mümkün olan, titan vint formasında olan süni diş kökü bir çox problemləri həll etməyə imkan verir: funksional, estetik və çox hallarda psixoloji.

İmplant - süni kökün yuxarı və ya aşağı çənəyə əkilməsidir. İmplantlar dayaq kimi istifadə olunur və onlara ya qapaqlar (itirilmiş dişləri tamamilə əvəz edən), ya da çıxan və ya çıxmayan diş protezləri fiksasiya olunur. İmplantın konstruksiyası iki əsas hissədən ibarətdir - implantın özü, çənəyə cərrahi yolla